• $
  • £

“British Airways” Ermənistana uçuşları bərpa etməyəcək

“British Airways” Ermənistana uçuşları bərpa etməyəcək
29.05.2020 05:41

“British Airways” şirkəti hazırda Ermənistanın paytaxtı İrəvana aviareyslərin bərpa olunması haqda düşünmür.

“APA-Economics”in məlumatına görə, bunu “British Airways” şirkətinin Azərbaycan, Qazaxıstan, İordaniya və Livanda satış üzrə regional meneceri Mayk Rok bildirib.

 

Onun sözlərinə görə, ötən il şirkət İrəvana uçuşlar həyata keçirən “British BMI” şirkətinə sahib olub: “Bu ölkəyə uçuşlar sərfəli olmadığından, aviareyslərin dayandırılması haqda qərar qəbul edilib. Hazırda İrəvana aviareyslərin bərpa olunması haqda düşünülmür” .

 

M.Rok əlavə edib ki, İrəvanın əvəzinə Almatı (Qazaxıstan) və Tiflisə (Gürcüstan) birbaşa aviareyslər açılıb.

 

“British Airways” şirkətinin Azərbaycanda satış üzrə regional meneceri Bakını əsas bazarlardan biri hesab etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycandan Böyük Britaniyaya gedən sərnişinlərin sayı kifayət qədərdir: “Hazırda bizim üçün əsas prioritet istiqamətlərdən biri Bakıdır. Bununla belə, şirkət yeni reyslərin Azərbaycan sakinlərinə və “British Airway”ə nə qədər sərfəli olduğunu öyrənmək üçün daim yeni imkanlar axtarır. Biz bu bazara yeni qayıtmışıq. İnanırıq ki, “British Airways” şirkəti ilə maraqlanan sərnişinlərin sayı artacaq”.

 

Qeyd edək ki, şirkətin ötən ilin iyul-sentyabr ayları ərzində gəliri 268 mln. avro təşkil edib. Həmin göstərici bu ilin analoji dövründə 477 mln. avro olub.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
Dünya 18:59
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
İranla müharibə tezliklə sona çatacaq - Tramp
Dünya 18:30
İranla müharibə tezliklə sona çatacaq - Tramp
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var
Dünya 17:33
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var

İspaniya İsraildəki səfirini geri çağırıb
Dünya 17:05
İspaniya İsraildəki səfirini geri çağırıb
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Dünya 15:16
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
Dünya 14:57
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır
Dünya 14:17
İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır

Putin 21 yaşlı əsgərəyüksək mükafat verib
Dünya 13:35
Putin 21 yaşlı əsgərəyüksək mükafat verib


İran ABŞ-ın Ərbildəki hərbi bazasına raket zərbəsi endirib
Dünya 12:47
İran ABŞ-ın Ərbildəki hərbi bazasına raket zərbəsi endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol