Siyəzəndə körpü uçub, bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib - Video
Siyəzən rayonunda güclü yağışlar və çayda su səviyyəsinin artması nəticəsində körpünün bir hissəsi uçub, bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, hadisə Siyəzən–Məşrif avtomobil yolunun 11-ci kilometrliyində, Gilgilçay üzərində yerləşən körpüdə baş verib. Sel nəticəsində körpü yararsız vəziyyətə düşüb və sakinlərin hərəkətində ciddi çətinliklər yaranıb.
Qurumdan verilən məlumata görə, əraziyə dərhal müvafiq xidmətlər cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.
AAYDA sürücülərə alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci kilometrindən ayrılan Alxanlı yolundan istifadə etməyi tövsiyə edib.