Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Bəstəkar və müğənni SİVVA Azərbaycan şairi Ramiz Rövşənin məşhur "Yağış yuyur, gün qurudur" şeirinə bəstələdiyi mahnını təqdim edib.
Məlumata görə, eyni şeirə əvvəllər Mehriban Zəki və Cavidan Fatihi də müraciət etmişdi, lakin SİVVA-nın ifası və oxu tərzi dinləyicilər tərəfindən fərqləndirilir. Mahnının melodiyası isə dünya şöhrətli müğənni Stingin "Shape of my heart" mahnısını xatırladır.
Klip yağışlı havada, Şıxovda gəmilərin fonunda çəkilib. Ekran işində sənətçinin sadə, lakin fərqli obrazı diqqət çəkir. Mənbə qeyd edir ki, əsər indiki mövsüm havasına uyğun olaraq dinləməyə dəyər.