Polis 19 yaşlı qızı qaçıran 4 nəfəri saxlayıb
Tovuzda 19 yaşlı qadının zorla qaçırılması ilə bağlı 4 nəfər saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu yayıb.
Bildirilib ki, aprelin 3-də rayon polis şöbəsinə qadının evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - Nemət Məmmədov, onun qardaşı İsmət Məmmədov, eləcə də həmkəndliləri Elmar Abdıyev və V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Aytac Zeynalova