İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Iran nümayəndə heyəti rəsmi danışıqların yeni mərhələsinə başlamaq üçün cümə axşamı Islamabad şəhərinə gedəcək.
Pakistandakı İran səfiri Rza Əmiri Moqadəm bildirib ki, səfərin əsas mövzusu Tehran tərəfindən hazırlanmış və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş 10 maddəlik sülh planı olacaq.
Səfir sosial media platforması X üzərindən yaydığı açıqlamada qeyd edib ki, diplomatik missiya mürəkkəb siyasi şəraitdə həyata keçirilir. Onun sözlərinə görə, İran tərəfi regiondakı proseslərlə bağlı müəyyən narahatlıqlar daşıyır.
Moqadəm əlavə edib ki, Israil hökumətinin mümkün addımları ilə bağlı şübhələr mövcuddur və Tehran İsrailin diplomatik təşəbbüslərə mane ola biləcəyini istisna etmir.
İran və Pakistan regionda təhlükəsizlik, sərhəd sabitliyi və iqtisadi əməkdaşlıq məsələləri üzrə mütəmadi danışıqlar aparır. Son aylarda Yaxın Şərqdə və ətraf regionlarda artan gərginlik fonunda diplomatik təşəbbüslər və sülh planları daha çox diqqət mərkəzinə gəlib.
Gülnar
Son xəbərlər
Daha çox