• $
  • £

Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb

Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
09.04.2026 11:33

Azərbaycanda bir ailənin altı azyaşlı üzvünün dəm qazından zəhərlənməsi ilə bağlı hadisədən sonra üç nəfərin müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən bildirilib. 

Sumqayıt Tibb Mərkəzi nəzdindəki uşaq xəstəxanasında “dəqiqləşdirilməmiş virus meninqoensofalit” diaqnozu qoyulmuş iki oğlanın vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bildirilir ki, yoluxucu xəstəliklər şöbəsində müalicə alan digər iki nəfər isə vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicə ilə evə buraxılıb.

Eyni zamanda, paytaxtda yerləşən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam edən bir qızın vəziyyəti ağır, lakin stabil olaraq qalır.

Hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Rəsmilərin bildirdiyinə görə, ailənin altı azyaşlı üzvü yaşadıqları evdə dəm qazına məruz qalıb və aprelin 1-də xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, 2024-cü il təvəllüdlü bir qız aprelin 4-də vəfat edib.

Azərbaycanda xüsusilə qış aylarında və qaz cihazlarının intensiv istifadə edildiyi dövrlərdə dəm qazından zəhərlənmə halları vaxtaşırı qeydə alınır. Mütəxəssislər belə halların qarşısını almaq üçün yaşayış yerlərində ventilyasiyanın təmin olunmasını və qaz avadanlıqlarının mütəmadi yoxlanılmasını tövsiyə edirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Cəmiyyət 13:38
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Cəmiyyət 11:33
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
Cəmiyyət 11:03
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Cəmiyyət 10:38
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Cəmiyyət 10:21
Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:44
Xəzərdə zəlzələ olub
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Cəmiyyət 23:30
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Cəmiyyət 23:18
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol