• $
  • £

Əliyev Litvanın Baş nazirini qəbul edib

Əliyev Litvanın Baş nazirini qəbul edib
09.04.2026 11:53

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Litvanın Baş naziri İnqa Ruqiniene ilə görüşərək iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Prezident Əliyev Litva hökumət başçısının səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Ruqiniene isə qəbul üçün təşəkkür edərək Azərbaycanla Litva arasında uzunmüddətli yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb.

Tərəflər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün perspektivləri qeyd edib, enerji, investisiya, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi də diqqətə çatdırılıb.

Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması münasibətilə Prezident Əliyevi təbrik edib. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, eləcə də keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində görülən tədbirləri qeyd edib.

Prezident Əliyev təbriklərə görə minnətdarlığını bildirərək, regionda sülh təşəbbüslərinin və Azərbaycan-Ermənistan arasında gələcək ticarət münasibətlərinin təşviqinin Bakının prioritetləri sırasında olduğunu deyib. Onun sözlərinə görə, indiyədək 30 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb.

Dövlət başçısı əlavə edib ki, azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası, nəqliyyat və sosial infrastruktur layihələri həyata keçirilir. Bununla belə, minalar problemi bərpa prosesini ləngidən əsas amillərdən biri olaraq qalır. Əliyev bildirib ki, müharibədən sonra mina partlayışları nəticəsində 400-dən çox insan həlak olub və ya yaralanıb.

Görüş zamanı tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafını davamlı olaraq dəstəkləyir.

Tərəflər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Siyasət 11:27
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol