PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
PAŞA Həyat Sığorta ASC 2025-ci ili 61,988 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 10% çoxdur, şirkətin maliyyə hesabatında deyilir.
Vergiyəqədərki mənfəət 10,5% artaraq 79,73 milyon manata çatıb, mənfəət vergisi ödənişləri isə 12,6% artımla 17,742 milyon manat təşkil edib.
Şirkətin aktivləri 2026-cı il yanvarın 1-nə 798,496 milyon manat olub ki, bu da illik müqayisədə 0,6% çoxdur. Öhdəliklər 1,1% artaraq 690,159 milyon manata çatıb.
Kapital isə 2% azalaraq 108,337 milyon manat olub.
2010-cu ildə yaradılmış şirkətin nizamnamə kapitalı 40,25 milyon manatdır və səhmlərinin 100%-i PAŞA Holdinqə məxsusdur.
N.Təbrizli
Son xəbərlər
Daha çox