Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Futbol üzrə 2026-cı il dünya çempionatının oyunlarına təyinat alan hakimlər bəlli olub.Bu barədə FIFA xəbər verir.
Mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox