DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Azərbaycanın Daxili İşlər Nazirliyi bildirib ki, aprelin 9-da ölkə ərazisində qeydə alınan 56 və əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Məlumata görə, axtarışda olan ümumilikdə 131 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 37 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.
Gülnar
Son xəbərlər
Daha çox