İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanda planlaşdırılan danışıqların iki-üç gün davam edəcəyi gözlənilir. Bu barədə TASS agentliyinə İranın Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi məlumat verib.
“Onlar, yəqin ki, iki-üç gün danışıqlar aparacaq və sonra rəsmilərlə müzakirələr aparmaq üçün ölkələrinə qayıdacaqlar”, - o bildirib.
Məlumata görə, tərəflərin danışıqlardan sonra əldə olunan nəticələri öz hökumətləri ilə müzakirə etməsi planlaşdırılır.
ABŞ və İran arasında gərginliyin azaldılması məqsədilə aparılan danışıqlar regionda təhlükəsizlik və enerji bazarları baxımından diqqətlə izlənilir.
Aytac