• $
  • £

Bakıda Xameneinin 40 mərasimi keçirilib

Bakıda Xameneinin 40 mərasimi keçirilib
10.04.2026 20:03

Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Seyid Əli Xamenei ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əmin-amanlıq və rifah arzularını ifadə edib.

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.

Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib.

Xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun vəfatı ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol