• $
  • £

Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
13.04.2026 17:57

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edir.

DİM-dən  bildirilib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aprelin 13-dən 20-dək DİM-in internet saytının müvafiq səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3 də keçirilməsi planlaşdırılır.

Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.

Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci nömrəsində dərc olunub. Jurnalın elektron versiyasını (PDF formatda) "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV-V kurslarda təhsil alan) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr DİM tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV-V kurslarda təhsil alan) tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya (Bakı şəh., Həsən Əliyev küçəsi, 299) təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 il müddətində qüvvədə qalır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Cəmiyyət 21:43
Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 21:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 20:55
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Cəmiyyət 18:07
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Cəmiyyət 18:00
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
Cəmiyyət 17:57
Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
Cəmiyyət 17:53
Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
Azərbaycanda yanacaq satışından gəlir 955 milyon manata yüksəlib
Cəmiyyət 17:35
Azərbaycanda yanacaq satışından gəlir 955 milyon manata yüksəlib
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol