• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə şagird hücumu əvvəlcədən planlaşdırıb

Türkiyədə şagird hücumu əvvəlcədən planlaşdırıb
16.04.2026 10:51

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı hücum törədən 14 yaşlı şagirdin kompüterində yaxın gələcək üçün planlaşdırılan yeni hücuma dair sənəd aşkarlanıb. Bu barədə Türkiyə Prokurorluğu ilkin məlumat yayıb. 

Prokurorluğun məlumatına görə, 8-ci sinif şagirdi İsa Aras Mersinli oxuduğu məktəbdə polis əməkdaşı olan atasına məxsus silahdan istifadə edərək hücum həyata keçirib və nəticədə 9 nəfəri öldürüb. Hücum edən şəxs də hadisə zamanı ölüb.

Araşdırma zamanı onun kompüterində 11 aprel 2026-cı il tarixli sənəd tapılıb. Sənəddə yaxın zamanda böyük bir cinayət törədəcəyi qeyd olunub.

İstintaq çərçivəsində şagirdin atası Uğur Mersinli saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Anası Peyman Pınar Mersinli ilə bağlı araşdırmalar davam edir. Türkiyə Təhlükəsizlik Baş İdarəsi hadisənin terrorla əlaqəsinin olmadığını, hücumun fərdi xarakter daşıdığını açıqlayıb.

Hadisə zamanı riyaziyyat müəllimi Ayla Kara və bir neçə şagird həlak olub. Məlumata görə, müəllim hücum zamanı şagirdlərini qorumağa çalışarkən güllələrin hədəfinə çevrilib.

Faktla bağlı istintaq davam edir.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol