• $
  • £

ICD Azərbaycan üzrə ilk sukuk emissiyası üzərində işləyir

ICD Azərbaycan üzrə ilk sukuk emissiyası üzərində işləyir
07.05.2026 11:34

İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycan Mərkəzi Bankı ilə ölkənin ilk sukukunun hazırlanması üzərində işləyir.Bunu ICD-nin regional nümayəndəsi Elvin Əfəndi Bakıda keçirilən İİB Qrupunun özəl sektor üzrə roadshow tədbirində bildirib.

Onun sözlərinə görə, bu çərçivə Azərbaycanda gələcəkdə dövlət, növbəti mərhələdə isə korporativ səviyyədə sukuk emissiyalarına yol açacaq.

Əfəndi bildirib ki, ICD özəl sektorun inkişafı üçün maliyyə sektoru, real sektor, xəzinədarlıq və sindikasiya istiqamətləri üzrə xidmətlər təqdim edir. Qurum kredit xətləri, maliyyə sektoruna kapital yatırımı, məsləhət xidmətləri, xəzinədarlıq xidmətləri, resursların cəlbi və sindikasiyası, sukuk üzrə məsləhət, korporativ və layihə maliyyələşdirilməsi ilə məşğuldur.

Onun sözlərinə görə, ICD üzv ölkələrdə korporativ sektor və KOB-lar üçün islam maliyyəsinə çıxışı genişləndirir, infrastrukturun yaxşılaşdırılmasına, çətin bazarlarda investisiyaların cəlbinə və şirkətlərin investorlarla əlaqələndirilməsinə dəstək verir.

Əfəndi qeyd edib ki, qurum 1999-cu ildən bu günədək 40-dan çox üzv ölkədə 450-dən artıq layihəni təsdiqləyib. Layihələrin ümumi dəyəri 7,1 milyard dollar, ayrılan vəsait isə 5,6 milyard dollar olub.

Təqdimata əsasən, ICD-nin təsdiqlədiyi layihələrdə ən böyük pay maliyyə sektorunun üzərinə düşür və 57,94% təşkil edir. Sənaye və mədənçıxarma 15,83%, enerji 7,07%, kənd təsərrüfatı 4,96%, nəqliyyat 4,30%, daşınmaz əmlak 3,24%, səhiyyə və sosial xidmətlər 2,85%, ticarət 1,49%, informasiya və kommunikasiya 1,01%, təhsil 0,19%, su, sanitariya və tullantıların idarə olunmasına isə 0,02% pay düşür. 

Regionlar üzrə ICD investisiyalarının ən böyük hissəsi Şərqi Avropa və Mərkəzi Asiyanın payına düşür (33,23%). Bu regiona Azərbaycan, Qazaxıstan və Özbəkistan daxildir. Yaxın Şərq və Şimali Afrika 21,84%, Sub-Sahara Afrikası 16,17%, Asiya 17,1%, regional layihələr 8,95%, qlobal layihələr isə 2,90% paya malikdir.

2025-ci ildə ICD layihələrinin 71,56%-i maliyyə sektoruna, 10,80%-i nəqliyyata, 9,16%-i sənaye və mədənçıxarmaya, 8,48%-i isə enerji sektoruna yönəlib. Həmin il regionlar üzrə ən böyük pay 47,86%-lə Şərqi Avropa və Mərkəzi Asiyanın olub.

Əfəndi bildirib ki, ICD yalnız mənfəət əldə etməyə deyil, inkişaf təsirinə fokuslanır. Qurum maliyyə inklüzivliyi, məşğulluq, KOB-ların dəstəklənməsi, infrastruktur və enerji layihələri vasitəsilə üzv ölkələrdə iqtisadi inkişafı təşviq edir.

ICD-nin təqdim etdiyi məlumatlara görə, qurum 2025-ci ildə 23 531 yeni iş yerinin yaradılmasına, o cümlədən qadınlar üçün 7 288 yeni iş yerinin açılmasına töhfə verib. Həmin dövrdə ICD maliyyələşməsi ilə 2 381 KOB dəstəklənib, qadınların rəhbərlik etdiyi və ya idarə etdiyi 585 KOB maliyyələşdirilib.

2025-ci ildə ICD tərəfindən maliyyələşdirilən KOB-ların ümumi məbləği 661,9 milyon dollar, yaradılan ixrac satışları isə 557,3 milyon dollar olub. Layihələr çərçivəsində hökumət gəlirləri 283,8 milyon dollar, daxili satınalmalar isə 1 milyard dollardan çox təşkil edib.

Bundan başqa, ICD layihələri nəticəsində 1 062 meqavat enerji gücü yaradılıb, 51 438 tələbə təhsil alıb, 51 851 fermerə dəstək göstərilib, 3 281 mənzil vahidi yaradılıb və 3,5 milyondan çox pasiyentə xidmət göstərilib.

Əfəndi qeyd edib ki, ICD Azərbaycanda iri layihələrin maliyyələşdirilməsində də iştirak edib. Onun sözlərinə görə, qurumun ölkədəki ilk layihələrindən biri Bakıda Park Bulvar ticarət mərkəzinin maliyyələşdirilməsi olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan kapital bazarı investor etimadı axtarır
İqtisadiyyat 16:54
Azərbaycan kapital bazarı investor etimadı axtarır
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:02
Azərbaycan nefti ucuzlaşıb
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
İqtisadiyyat 15:31
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
İqtisadiyyat 13:14
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
İqtisadiyyat 13:10
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
İqtisadiyyat 17:03
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
İlham Əliyev ərzaq məhsulları üzrə istehsal və idxal göstəricilərini açıqlayıb
İqtisadiyyat 16:26
İlham Əliyev ərzaq məhsulları üzrə istehsal və idxal göstəricilərini açıqlayıb
Cavid Quliyev: Azərbaycanda turistlərə öz milli valyutalarında ödəniş imkanı yaradılacaq
İqtisadiyyat 12:27
Cavid Quliyev: Azərbaycanda turistlərə öz milli valyutalarında ödəniş imkanı yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol