• $
  • £

İİB Qrupu Qarabağda suvarma və kənd təsərrüfatı layihələrini dəstəkləyə bilər

İİB Qrupu Qarabağda suvarma və kənd təsərrüfatı layihələrini dəstəkləyə bilər
07.05.2026 12:05

İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) regional nümayəndəsi Elvin Əfəndi bildirib ki, qurum Azərbaycanda kənd təsərrüfatı və suvarma infrastrukturu layihələrini dəstəkləməyə hazırdır.

Əfəndi bu barədə Bakıda keçirilən İİB Qrupunun özəl sektor üzrə roadshow tədbirində danışıb.

Onun sözlərinə görə, dəstək xüsusilə Qarabağ regionunda fermerlərin suvarma suyuna çıxışının yaxşılaşdırılmasına yönələ bilər.

Əfəndi qeyd edib ki, ICD kənd təsərrüfatı sektorunda iri korporativ layihələrə birbaşa investisiya yatırır və hazırda bir neçə süd məhsulları şirkətinə investisiya imkanlarını nəzərdən keçirir.

O bildirib ki, ICD kommersiya bankları vasitəsilə mikro və kiçik biznesin maliyyələşdirilməsini də həyata keçirir.

Əfəndinin sözlərinə görə, hazırda Azərbaycanda ICD-nin iki agent bankı fəaliyyət göstərir — Rabitəbank və TuranBank. Fermerlər və KOB subyektləri bizneslərini genişləndirmək üçün həmin banklara müraciət edə bilərlər.

ITFC-nin əlaqələr üzrə baş meneceri Hacımurad Hocayev isə bildirib ki, qurum ticarətin inkişafı təşəbbüsləri çərçivəsində müxtəlif ölkələrdə fermerləri dəstəkləyir.

Onun sözlərinə görə, bəzi üzv ölkələrdə qəhvə sektorunda çalışan fermerlərə, Afrikanın bir sıra ölkələrində isə pambıq istehsalçılarına dəstək göstərilir.

Hocayev qeyd edib ki, bu maliyyələşmə xüsusi dövlət proqramları və ya tərəfdaş banklar vasitəsilə yönəldilir və əsas məqsəd özəl sektorun, KOB-ların və fermerlərin dəstəklənməsidir.

O əlavə edib ki, ITFC bəzi ölkələrdə mikromaliyyə institutları ilə də işləyir. Bu sahədə Qırğızıstan nümunəsini göstərən Hocayev bildirib ki, mikromaliyyə üzrə əsas benefisiarlar kənd təsərrüfatında çalışan kiçik sahibkarlar və fermerlərdir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
İqtisadiyyat 10:43
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol