• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Flavinyo "Qarabağ"a problem yarada bilməz"

"Flavinyo "Qarabağ"a problem yarada bilməz"
05.12.2013 15:45
Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL-a 1:0 hesabı ilə qalib gələn "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev Qol.Az saytının suallarını cavablandırıb- Çətin qələbə qazandığınız AZAL-la oyun haqda fikirlərini bilmək istərdik.- Bizim üçün maraqlı oldu. Çalışdıq ki, maksimum top saxlayaq. Çünki rəqib heç vax topla oynama imkan vermir. Doğrudan da AZAL bizim üçün çətin rəqib sayılırdı. Ona görə ki, həmişə müdafiə futbolu oynayırlar. Buna baxmayaraq, qalib gələ bildik. Hesabı açdıqdan sonra daha çox qol imkanımız oldu. Sevinirik ki, AZAL üzərində vacib qələbə qazanıb növbəti mərhələyə adladıq.- Bu mövsüm AZAL-a qalib gələ bilmirdiniz, hətta bir oyunda uduzmuşdunuz. Buna görə sizdə bu oyun üçün əlavə motivasiya vardımı?- Əlbəttə, bütün gücümüzlə çalışırdıq ki, AZAL-a qarşı öz oyunumuzu oynayaq və rəqibi elə vəziyyətə qoyaq ki, heç nə edə bilməsin. Demək olar ki, istədiyimizi bacardıq. AZAL qapımız qarşısında  təhlükəli vəziyyət yarada bilmədi.- Oyunun 70-ci dəqiqəsində rəqibiniz azlıqda qaldı. Buna qədər isə "Qarabağ" qol vurmaqda çətinlik çəkirdi. Bununla razısan?- Deməzdim ki, o qədər çətinlik çəkdik. Oyuna baxanda aşkar görünürdü ki, bizim üstünlüyümüz var. Topa nəzarət hardasa 75 faiz bizdə idi. Amma razıyam ki, rəqibin azlıqda qalması işimizi çox asanlaşdırdı. Çünki qırmızı vərəqə alan Şemonayev müdafiəçidir. Onun yoxluğunu digər futbolçu hiss etdirməməyə çalışsa da, bunu bacarmadı. Çünki o,hücumameyilli oyunçudur. Rəqib azlıqda qalandan sonra rəqibin cərimə meydançasında daha çox oynadıq. Ancaq qırmızı vərəqəyə qədər də əla oynayırdıq.- Topaz Premyer Liqada növbəti oyununuz "Neftçi"yə qarşı olacaq. "Qarabağ"ın liderliyini qaytarmaq baxımından çox vacib olan bir qarşılaşma haqda nə düşünürsən?- İnanıram ki, "Neftçi" ilə qarşılaşma AZAL-la oyundan daha maraqlı olacaq. Çünki "Neftçi" hazırda liderdir və biz bu rəqibi qabaqlamaq istəyirik. Əlimizdən gələni etməliyik. İnanıram ki, "Neftçi"yə qalib gələcəyik. Çünki "Neftçi" açıq futbol oynayır. Belə komandaya qarşı həm uğur qazanırıq, həm də baxımlı oyun göstərə bilirik.- Ancaq birinci dövrədə "Neftçi" ilə oyununuz maraqsız alınmışdı, qapılara qol belə  vurulmamışdı...- Həmin oyundan fərqli futbol oynadıq. Çünki komandalar bir-birindən çəkinirdi. Heç bir komanda ilk turlardan xal itirmək istəmirdi. Həmin gün heç-heçə hər iki komandanı qane edirdi. Ancaq bu gün həm "Neftçi"yə, həm də bizə qələbə vacibdir. Çünki "Qəbələ" qalib gəlməklə bizi qabaqlaya bilər. Heç bir komandaya bir xal sərf etmir. Həm də artıq 3 oyundur ki, qalib gələ bilmirik, bizə "Neftçi" ilə oyunda ancaq qələbə lazımdır.- "Neftçi"nin aparıcı üzvlərindən olan Flavinyonun cəzasının azaldılması və sizə qarşı oynayacağı komandanız tərəfindən necə qarşılandı?- Bizim üçün onun oynayıb-oynamamağının fərqi yoxdur. "Qarabağ" Flavinyodan qorxmur ki, buna narahat olsun. Biz öz futbolumuzu oynayacağıq. Yəni Flavinyo bizə problem yarada bilməz. Əksinə biz istəyirik ki, "Neftçi" ən güclü heyətlə bizə qarşı oynasın. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol