• $
  • £

ABB istiqrazlarına tələb bu dəfə təklifi3 dəfə üstələdi!

ABB istiqrazlarına tələb bu dəfə təklifi3 dəfə üstələdi!
13.05.2026 17:47

Vətəndaşlar üçün yeni investisiya və qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Ümumilikdə hər iki buraxılış üzrə sifarişlərin həcmi 31,8 milyon manatdan çox olub. Bu da təklif edilən ümumi həcmdən 3 dəfədən də yüksək nəticədir. Bu göstərici ABB istiqrazlarına və Bankın etibarlılığına olan güclü investor inamını bir daha təsdiqləyir.

1 illik, ildə 9% gəlirlilik təklif edən istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 15 973 500 manat təşkil edib. Bu buraxılış üzrə abunə yazılışında 136 investor iştirak edib, 154 sifariş təqdim olunub və onlardan 152-i icra edilib. Ümumilikdə isə 134 investorun sifarişi təmin edilib. 

2 illik, ildə 10% gəlirlilik təklif edən istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 15 859 700 manat olub. Abunə yazılışında 146 investor iştirak edib, 229 sifariş təqdim olunub və onlardan 219-u icra edilib. Nəticədə 138 investorun sifarişi uğurla təmin olunub.

Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. Faiz ödənişləri investorlara hər 90 gündən bir həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.

ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. İstiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılacaq.

ABB istiqrazları investorlar üçün sabit və etibarlı gəlir imkanı təqdim etməklə yanaşı, ölkədə kapital bazarlarının inkişafına da mühüm töhfə verir.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 11:40
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:21
Azərbaycan nefti bahalaşıb
Azərbaycan islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir
İqtisadiyyat 16:01
Azərbaycan islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir
Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib
İqtisadiyyat 15:52
Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib
Azərbaycan İslam İnkişaf Bankı ilə 640 milyon dollarlıq 11 layihə icra edir
İqtisadiyyat 15:47
Azərbaycan İslam İnkişaf Bankı ilə 640 milyon dollarlıq 11 layihə icra edir

Son 5-6 ildə qeyri-neft sektoru iqtisadi inkişafın aparıcı qüvvəsi olub- nazir
İqtisadiyyat 15:42
Son 5-6 ildə qeyri-neft sektoru iqtisadi inkişafın aparıcı qüvvəsi olub- nazir
Azərbaycanın İİB-dəki payı 10 dəfə artıb
İqtisadiyyat 15:26
Azərbaycanın İİB-dəki payı 10 dəfə artıb
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
İqtisadiyyat 12:27
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Qeyri-çimərlik ərazilər 19 gündə 12 can alıb
İqtisadiyyat 11:06
Qeyri-çimərlik ərazilər 19 gündə 12 can alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol