• $
  • £

Ağ Ev yaxınlığında atəş açan şəxs xəstəxanada ölüb - Yenilənib

Ağ Ev yaxınlığında atəş açan şəxs xəstəxanada ölüb - Yenilənib
24.05.2026 09:30

Ağ Evin təhlükəsizlik yoxlama məntəqəsi yaxınlığında atəş açan şübhəli şəxs ABŞ Gizli Xidmət əməkdaşlarının cavab atəşindən sonra xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.Bu barədə “CNN” ABŞ Gizli Xidmətinin açıqlamasına istinadən məlumat yayıb.

***

Vaşinqtonda Ağ Ev yaxınlığında atışma baş verib, ABŞ Məxfi Xidməti jurnalistləri müvəqqəti təxliyə edib və təhlükəsizlik tədbirlərini gücləndirib.Bu barədə ABŞ mediası məlumat yayıb.

“CNN”in məlumatına görə, Məxfi Xidmət XVII küçə ilə Pensilvaniya prospektinin kəsişməsində atışma barədə xəbərləri araşdırıb. Hadisədən sonra Ağ Ev ətrafında silahlı agentlər yerləşdirilib, mətbuat brifinqi otağı isə müvəqqəti bağlanıb.

“DC News Now”un müxbiri Kris Flanaqan hadisə zamanı ABŞ Prezidenti Donald Trumpın Ağ Evdə olduğunu bildirib.

Daha sonra “PBS” müxbir Liz Landerə istinadən prezidentin xəsarət almadığını və təhlükəsiz olduğunu açıqlayıb.

“Fox News”un məlumatına görə, insident nəzarətə götürülüb və silahlı şəxs zərərsizləşdirilib. Kanal qeyd edib ki, şübhəli şəxs prezident iqamətgahının qorunan hissəsinə daxil ola bilməyib və yalnız perimetrə yaxınlaşıb.

Məlumata əsasən, atışma zamanı iki nəfər – silahlı şəxs və ətrafda olan bir nəfər yaralanıb.

ABŞ Federal Təhqiqat Bürosunun direktoru Keş Patel bildirib ki, FTB əməkdaşları hadisə yerinə cəlb olunub və Məxfi Xidmətə dəstək verir. O əlavə edib ki, yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlama veriləcək. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
Dünya 13:20
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol