• $
  • £

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
27.06.2026 11:11

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

“Boulevard Sports Club” idman klubunun açılışı

Əvvəlcə Dənizkənarı Milli Parkda ənənəvi tennis kortu kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan “Boulevard Sports Club” idman klubunun açılışı olub.

Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.

“WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı

Sonra Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ “WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Təqdimat zamanı Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib. Bildirilib ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlənin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub.

Uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik qurğu su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlıq məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən “WasteShark” ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb.

Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elektrik mühərrikli faytonların təqdimatı

Daha sonra Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin - elektrik mühərrikli faytonların təqdimatı olub.

Əvvəlcə Leyla Əliyeva və Arzu Əliyevaya yeni layihə haqqında məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan həmin tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəsi müasir, ekoloji və dayanıqlı şəhər mühiti prinsiplərinin təşviqi istiqamətində atılan addımlardan biridir. Sonra qonaqlar üçün elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti təşkil olunub.

Açılış və təqdimat mərasimləri zamanı Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün axtarışda olan 131 nəfər saxlanılıb
Cəmiyyət 13:30
Ötən gün axtarışda olan 131 nəfər saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Cəmiyyət 11:11
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:50
Faktiki hava açıqlanıb
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 10:25
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:10
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:45
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq
Cəmiyyət 09:06
Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq
Ağdamda maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:00
Ağdamda maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol