• $
  • £

Bakıda sərgi başlayır

Bakıda sərgi başlayır
02.12.2013 10:03
Bu gün 19-cu beynəlxalq İKT sərgisi "Bakutel 2013" öz işinə başlayır. ANS PRESS-in məlumatına görə, İKT sərgisində yerli şirkərlərlə yanaşı dünyanın 28 ölkəsindən 300 şirkətin iştirakı gözlənilir. Bakı Expo Mərkəzinin 12000 kvadrat metrini əhatə edəcək sərgi 3 zalı və foyeni əhatə edəcək. Bu il keçiriləcək "Bakutel 2013" sərgisinin meydançası 35% genişləndiriləcək.Bu il sərgidə 15 ölkə öz milli pavilyonu ilə təmsil olunacaq. Əfqanıstan, Fransa və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər. Azərbaycanın yerli şirkətləri bu ilki sərgidə 30% artıb. Yerli şirkətlərdən mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribyutorlar da sərgidə iştirak edəcəklər.2 dekabrda Dünya Azərbaycanlılarının Birinci Onlayn Konfransı, 2-4 dekabr tarixlərində isə Birinci Regional İnternet İdarəçilik Forumu keçiriləcək.Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələrdə öz əksini tapacaq. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycan Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələrini misal göstərmək olar. "Azərkosmos" şirkətinin stendində milli telekomunikasiya peykiniun fəaliyyətinin gələcək illərdəki planı əks olunacaq. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış "ASAN Xidmət" mərkəzlərinin fəaliyyəti də nümayiş olunacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İqtisadiyyat 15:45
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
İqtisadiyyat 12:53
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
İqtisadiyyat 10:02
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - məzənnə
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol