• $
  • £

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
20.07.2026 16:08

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində “UnionPay” kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.

Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq “UnionPay” kart sahibləri Bir ekosisteminə daxil olan Birbank-ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.

Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da “UnionPay”  kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də “UnionPay” kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından sonra Bir ekosistemi “UnionPay” kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.

Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.

Bir-in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: “Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. “UnionPay”lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".

Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan “UnionPay International”ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: “Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq”.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:12
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:00
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Cəmiyyət 20:30
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Cəmiyyət 20:24
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 20:11
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Bakı-Quba yolunda qəza olub, ölən var
Cəmiyyət 20:09
Bakı-Quba yolunda qəza olub, ölən var
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Cəmiyyət 19:32
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Cəmiyyət 17:40
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Cəmiyyət 17:31
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol