• $
  • €
  • ₽
  • ₺
  • £

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - Video

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - Video
21.07.2026 00:01

Bir qrup vətəndaş "Aid Group" xaricdə təhsil şirkətindən və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

Xəzər TV xəbər verir ki, xaricdə təhsil və iş imkanı vədi ilə şirkətə minlərlə manat ödəniş edən şəxslər nə vəd olunan xidmətləri ala, nə də ödədikləri vəsaiti geri qaytara bilirlər.

Şikayətçilərdən Aliyə Əfəndiyeva bildirib ki, şirkətin sosial şəbəkələrdəki reklamlarını gördükdən sonra müraciət edib. Onun sözlərinə görə, üç övladının Kanadada təhsil alması üçün mart ayında şirkətlə müqavilə bağlayaraq 17 min manat ödəyib.

Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə müqavilə əsasında şirkətə 4 350 manat ödədiyini deyib. O bildirib ki, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləğ geri qaytarılıb.

Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. İddia edilir ki, şirkətin fəaliyyətindən zərər görən şəxslərin sayı çoxdur və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür. Onlar baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Cəmiyyət 22:14
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol