• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kənd təsərrüfatı istehsalı ilk yarımildə 2,2% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı ilk yarımildə 2,2% artıb
21.07.2026 10:46

Bu ilin yanvar-iyununda Azərbaycanda 7 milyard 85,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,5%, bitkiçilik məhsullarının istehsalı isə 1,8% artıb.

İyulun 1-nə olan vəziyyətə əsasən, tarlalardan qarğıdalı da daxil olmaqla 2 milyon 58,7 min ton dənli və dənli paxlalı bitki yığılıb ki, bu da illik müqayisədə 3,1% azdır.

Eyni dövrdə 2 milyon 311,3 min ton yem bitkiləri (0,7% çox), 822,5 min ton tərəvəz (0,2% çox), 394,5 min ton kartof (7,5% çox), 217,9 min ton meyvə və giləmeyvə (16,8% çox), 130,4 min ton bostan məhsulları (1% çox), 20,5 min ton şəkər çuğunduru (50,3% çox), 623,9 ton tütün (3,8% az) və 599,6 ton yaşıl çay yarpağı (4,8% çox) yığılıb.

Yanvar-iyun aylarında ölkədə diri çəkidə 305,1 min ton ət, 1 milyon 140,8 min ton süd, 1 milyard 217,4 milyon ədəd yumurta, 13,1 min ton yun və 155 ton barama istehsal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4%, süd istehsalı 0,3% artıb, yumurta istehsalı dəyişməyib. Yun istehsalı 2%, barama istehsalı isə 16,8% azalıb.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Cəmiyyət 22:14
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol