• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Azərbaycan klubunda daha bir legioner

Azərbaycan klubunda daha bir legioner
27.11.2013 23:19

Azərbaycanın ilk velosiped komandası "Synergy Baku" heyətini daha bir velosipedçi ilə gücləndirib. 

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, 28 yaşlı irlandiyalı Metyu Bremiye 2014-cü ildə keçiriləcək beynəlxalq yarışlarda Azərbaycan təmsilçisinin şərəfini qoruyacaq.

 

5 dəfə İrlandiya çempionu adını qazanmış velosipedçi "Synergy Baku"nun gələn mövsüm üçün sifariş etdiyi sayca 16-cı velosipedçidir. Peşəkar karyerasına 2006-cı ildə "DFL-Cyclingnews-LItespeed" komandasında başlayan Bremiye növbəti 2 ildə "Profel Ziegler Continental Team", 2009-2010-cu illərdə isə "Post-Sean Kelly" komandasında çıxış edib. Metyu Bremiye 2011-ci ildə tanınmış "HTC-Highroad" komandasında, 2012-2013-cü illərdə isə daha bir məşhur klub "Omega Pharma-QuickStep"də çıxışları ilə tanınıb. Yeri gəlmişkən, o 2013-cü ildə öz komandasında çempion sistemində mübarizə aparıb.

 

"Synergy Baku"nun baş meneceri David McQuaid komandanın yeni üzvü haqda yüksək fikirdədir: "Metyunun bizə qoşulmasından çox məmnunuq. Çünki o, əvvəlki komandalarında topladığı təcrübəni bizə gətirib və bunun bizə böyük xeyri dəyəcək. Üstəlik, Metyunun daha öncə çempion sistemində mübarizə aparması da bizim imkanlarımızı xeyli artırır. O, əsl bizə lazım olan velosipedçidir".

 

"2013-cü ildə çempion sistemində mübarizə aparmağım mənə çox şey öyrətdi və peşəkarlığımı xeyli artırmağa kömək etdi" deyən Metyu Bremiye "Synergy Baku"ya keçidində həlledici amilin David McQuaidla dostluq münasibətlərinin olmasını bildirib: "Komandanın digər üzvləri Connor McConvey və David McCann, eləcə də idman direktoru Jeremy Huntla da gözəl münasibətlərim var. Belə bir komanda ilə işləyəcəyimdən çox məmnunam və sevinirəm ki, yeni insanlarla tanış olacağam”.

 

"Synergy Baku"nun heyətində çıxış edəcəyi dövrdə Metyu Bremiyenin əsas hədəfi iştirak edəcəyi mərhələ yarışlarında ümumi təsnifatda qalib olmaqdır: "Şübhəsiz ki, mənim əsas məqsədlərimdən biri də öz milli titulumu saxlamaq olacaq. Amma, heyətində çıxış edəcəyim kollektivlə də bağlı hədəflərim böyükdür və komandama faydalı olmağa çalışacağam. Bilik və bacarığımı komandadakı gənc velosipedçilərə öyrətməklə bir-birimizə sıx bağlı olan bir kollektiv formalaşdırmaq əsas istəyimdir. inkişaf etməkdə olan Azərbaycan velosipedində mənə verilən bu şansı yüksək qiymətləndirirəm”.

 

Qeyd edək ki, Metyu Bremiyenin gəlişi ilə "Synergy Baku"nun heyətindəki velosipedçilərin sayı 17-yə çatıb. Amma Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) qaydalarına görə, bir komanda kontinental səviyyəli yarışlarda 8 - 16 nəfərlə çıxış edə bilər. "Synergy Baku"nun baş meneceri David McQuaidın sözlərinə görə, say çoxluğu komandamızın digər üzvlərinin başqa profillər üzrə yarışlarda təmsil olunmasına imkan verəcək.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
İdman 20:00
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 10:30
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
İdman 22:08
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
İdman 21:55
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol