• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Zaqatalada 3 nəfərin öldürülməsi ilə əlaqədar 8 nəfər tutuldu

Zaqatalada 3 nəfərin öldürülməsi ilə əlaqədar 8 nəfər tutuldu
27.11.2013 20:46
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Zaqatala rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident barədə yeni açıqlama yayıb. DİN mətbuat xidmmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində “VAZ-2107” markalı avtomobildən “Hyundai Elantra” markalı avtobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb. Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan DİN-in və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb. "İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb. Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru,  maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
Cəmiyyət 22:25
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Cəmiyyət 22:08
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Cəmiyyət 20:35
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Cəmiyyət 20:05
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edilib
Cəmiyyət 19:58
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edilib
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:51
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Qarayazı qoruğundakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:04
Qarayazı qoruğundakı yanğın söndürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol