• $
  • £

Azərbaycanda 7 ayda 1 851 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib

Azərbaycanda 7 ayda 1 851 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib
17.08.2026 13:43

 

2026-cı ilin yanvar-iyulunda Azərbaycanda narkotik vasitələrdən istifadənin müəyyənləşdirilməsi məqsədilə 3 778 nəfər tibbi müayinədən keçirilib.

Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, müayinələrin nəticəsində 1 851 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib.

Ümumilikdə isə Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün 54 434 nəfər Respublika Narkoloji Mərkəzinə yönləndirilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı çərçivəsində üç məntəqədə 667 nəfər müalicə alır. Onlardan 258-i Respublika Narkoloji Mərkəzində, 288-i QİÇS-lə Mübarizə Mərkəzində, 121-i isə Sumqayıt Narkoloji Mərkəzində müalicə olunur.

Hesabat dövründə “802” qaynar xəttinə 548 müraciət daxil olub. Müraciətlərin 77-si narkotiklərin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılığından müalicə, 430-u isə digər məsələlərlə bağlı olub.

“802” qaynar xətti narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə fəaliyyət göstərir. Daxil olan məlumatlar əsasında aidiyyəti qurumlara müraciətlər göndərilir, qanunsuz dövriyyə ilə bağlı məlumatlar araşdırılır və narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəyə yönləndirilməsi təmin edilir.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol