• $
  • £

Minimum pensiya alanlar azalır, sosial müavinət alan yaşlılar artır

Minimum pensiya alanlar azalır, sosial müavinət alan yaşlılar artır
18.08.2026 10:35

Azərbaycanda minimum məbləğdə əmək pensiyası alanların sayı 2026-cı il iyulun 1-nə 12 794 nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 775 nəfər və ya 63% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

2025-ci il iyulun 1-nə minimum məbləğdə pensiya alanların sayı 34 569 nəfər olub.


Kateqoriyalar üzrə ən çox azalma əlilliyə görə minimum pensiya alanlar arasında qeydə alınıb. Onların sayı bir il ərzində 1 176 nəfərdən 363 nəfərə düşüb ki, bu da 69,1% azalma deməkdir.


Yaşa görə minimum pensiya alanların sayı 31 722 nəfərdən 11 799 nəfərə və ya 62,8%, ailə başçısını itirməyə görə minimum pensiya alanların sayı isə 1 671 nəfərdən 632 nəfərə və ya 62,2% azalıb.

Yaşa görə əmək pensiyası deyil, aylıq sosial müavinət alanların sayında əks dinamika müşahidə olunub. 2026-cı il iyulun 1-nə yaşa görə sosial müavinət alanların sayı 177,5 min nəfərə çatıb. Bu, 2025-ci ilin eyni dövründəki 166,2 min nəfərlə müqayisədə 11,3 min nəfər və ya 6,8% çoxdur. 

Bir il ərzində minimum məbləğdə pensiya alanların sayı kəskin azalarkən, əmək pensiyası hüququ olmayan və yaşa görə sosial müavinət alanların sayı artıb.


Azərbaycanda minimum əmək pensiyasının məbləği hazırda 320 manat, yaşa görə aylıq sosial müavinət isə 220 manat təşkil edir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol