• $
  • £

Könül Qasımova uşaqlara əzabvermə ittihamı ilə həbs olundu

Könül Qasımova uşaqlara əzabvermə ittihamı ilə həbs olundu
18.08.2026 12:28

“Sevgi evi” Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə yerli mətbuat yazıb. 

Xətai Rayon Məhkəməsi ötən ay bununla bağlı qərar qəbul edib. Qasımovaya qarşı Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə, yəni iki və daha çox şəxsə qarşı, qrup halında, köməksiz və yetkinlik yaşına çatmayan şəxslərə qarşı, habelə işgəncə verməklə əzab yetirmə ittihamları irəli sürülüb.

Könül Qasımova daha əvvəl də əzab vermə ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin 133-cü maddəsi üzrə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Lakin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, qanunvericiliyə uyğun şəkildə cəzanın icrası uşağın 14 yaşına çatmasına qədər təxirə salınıb.

Hazırkı iş üzrə irəli sürülən ittihamlar əvvəlki cinayət işi ilə müqayisədə daha ağır tərkibləri əhatə edir. İttihamlar üzrə təqsirləndirilən şəxsin günahı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol