• $
  • £

2026-cı il büdcəsində neft-qaz sektorundan vergi gəlirləri 4,25 milyard manat gözlənilir

2026-cı il büdcəsində neft-qaz sektorundan vergi gəlirləri 4,25 milyard manat gözlənilir
18.08.2026 13:40

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neft-qaz sektoru üzrə vergi daxilolmalarının 4,25 milyard manat olacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

Bu məbləğin 1,75 milyard manatı və ya 41,2%-i SOCAR-ın ödədiyi vergilərin, 500 milyon manatı və ya 11,8%-i “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçıların mənfəət vergisinin, 2 milyard manatı və ya 47,1%-i isə “Şahdəniz” layihəsi üzrə podratçıların mənfəət vergisinin payına düşəcək.

Büdcə hesablamalarında Azərbaycan qazının bütün istiqamətlər üzrə orta satış qiyməti əvvəlki proqnozla müqayisədə 1000 kubmetr üçün 35 dollar artırılaraq 296 dollara çatdırılıb.

Qiymət proqnozunun yüksəldilməsi nəticəsində “Şahdəniz” layihəsi üzrə podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25% artacağı gözlənilir.

2026-cı il dövlət büdcəsində vergi orqanları xətti ilə qeyri-neft-qaz sektoru üzrə 13,51 milyard manat daxilolma nəzərdə tutulur. Bu, cari il üçün təsdiqlənmiş göstəricidən 200 milyon manat və ya 1,5% çoxdur.

Yenilənmiş makroiqtisadi proqnozlara görə, 2026-cı ildə ÜDM-in nominal həcmi 138 milyard manat, qeyri-neft ÜDM-inin isə 100 milyard manat olması gözlənilir. Əvvəlki proqnozlarla müqayisədə ümumi ÜDM üzrə gözlənti yüksəldilsə də, qeyri-neft-qaz sektorunun real artım proqnozu 5%-dən 3,1%-ə endirilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol