Hacıqabulda 19 yaşlı qadın avtomobildə bıçaqlanaraq öldürülüb - qardaşı saxlanılıb
Hacıqabulda 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib, hadisə ilə bağlı onun qardaşı saxlanılıb.
Hadisə Hacıqabul şəhərinin İsmət Qayıbov küçəsində baş verib. 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaq xəsarəti nəticəsində öldürülüb.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qadının qətlə yetirilməsində şübhəli bilinən qardaşı polis əməkdaşları tərəfindən saxlanılıb.
Son xəbərlər
Daha çox