Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.Bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib.
Sənətçi Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.