Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
Nyu-Yorkun "COMEX" əmtəə birjasında qiymətli metalların fyuçers qiymətlərində artım qeydə alınıb. Birja ticarətinin nəticələrinə əsasən, qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr müqavilələrinin dəyəri 0,14% yüksələrək 4 222 ABŞ dollarına çatıb.
Eyni zamanda, birjada gümüşün bir unsiyası üzrə dekabr fyuçersləri 0,5% bahalaşaraq 61,36 dollara bərabər olub.
N. Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər