Ötən həftə 1239 hektar ərazi minalardan təmizləndi
İşğaldan azad edilən ərazilərdə 5-11 oktyabr 2026-cı il tarixləri arasında həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik statistik göstəricilər açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, hesabat dövründə 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina və 624 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunub ki, bir həftə ərzində ümumilikdə 1239,1 hektar ərazi mina və partlamamış sursatlardan tam təmizlənib.
N. Təbrizli