BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, sammitdə BƏƏ nümayəndə heyətinə Xəlifə bin Şahin Əl-Mərar rəhbərlik edəcək.
AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək.