• $
  • €
  • ₽
  • ₺
  • £

Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video

Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video
13.10.2026 17:24

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə hicab məsələsindən istifadə edərək xalqı etiraza qaldırmaq cəhdlərini qəbuledilməz hesab etdiyini bildirib. O, bu barədə “Real TV”yə müsahibəsində danışıb.

“Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa... Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həll ediləcək”, - Paşazadə bildirib.

Şeyxülislam qeyd edib ki, müzakirə olunan qərarda “hicab” deyil, vahid məktəbli geyimi məsələsi yer alır.

“Bunun adını hicab qoyurlar. Amma alınan qərarda hicab sözü yoxdur, vahid məktəbli geyimi var. Buna hicab adı qoyurlar ki, daha təsirli olsun. Müsəlmanlara təsir göstərsinlər. Bu da məqsədli şəkildədir. Mən inanıram ki, bu məsələ də haradasa Təhsil Nazirliyi vasitəsilə həll olunacaq”, - o deyib.

Paşazadə bildirib ki, dindarlar dövlətin yanında olmalı və dövlətçiliyi dəstəkləməlidirlər. Onun sözlərinə görə, dini mövzuların dövlətə qarşı siyasət vasitəsinə çevrilməsi qəbuledilməzdir.

“Bu dövlət bizə şəhidlərin, şəhid analarının əmanətidir. Bəzi şəhid ailələrindən istifadə edirlər, onları yönəldirlər. Onlar bilsinlər ki, bizim dövlətə heç nə olmayacaq. Xaricdəkilər də bilsin ki, bizim dövlətimiz yaşayacaq”, - şeyxülislam vurğulayıb.

O, dindarlara səbirli olmağa çağırıb və cəmiyyətdə dövlətlə dindarlar arasında qarşıdurma yaratmaq cəhdlərinin nəticə verməyəcəyinə inandığını bildirib.

“Bilinir ki, bunun arxasında dayanan adamlar var. Bir daha o adamlara müraciət edirəm, əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər, heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram. Ona görə də mən bizim dindarlara da müraciət edirəm ki, səbirli olsunlar. Bu hadisəni qarşıdurmaya gətirib çıxarıblar. Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər. Bu, yoxdur. Yox olan yerdən bir şey yaratmaq istəyirlər. Bizim dindarlar öz dövlətini, dövlətçiliyini istəyən adamlardır”, - Paşazadə əlavə edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol