Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Almaniyanın Frankfurt şəhərindən Hindistanın paytaxtı Dehliyə uçan Air India sərnişin təyyarəsi pilotun qaçırılma təhlükəsi barədə xəbərdarlıq siqnalı verməsindən sonra Jaypur şəhərinə yönləndirilib. Bu barədə India Today məlumat yayıb.
Məlumata görə, pilot beynəlxalq aviasiyada təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan Squawk 7500 kodunu aktivləşdirib. Hadisədən sonra təyyarənin marşrutu dəyişdirilib və o, Jaypura enib.
Hindistanın aviasiya orqanları hadisə ilə bağlı araşdırma aparır.
Son məlumatlara görə, təyyarədəki bütün sərnişinlər sağ-salamatdır və təyyarədən təxliyə edilirlər.
Aytac