• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İsrail Prezidenti ilə görüşüb

İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
14.10.2026 19:18

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə görüşüb.

Görüşdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və Azərbaycan-İsrail münasibətləri müzakirə olunub.

İsxak Hersoq Azərbaycanın AQEM-ə sədrliyi münasibətilə İlham Əliyevi təbrik edib. O, Azərbaycanın 2026–2028-ci illərdə də quruma sədrlik etməsini ölkəyə göstərilən yüksək etimadın ifadəsi kimi qiymətləndirib.

İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İlham Əliyev Azərbaycanın sədrliyinə verilən qiymətə görə təşəkkür edib. O, Azərbaycanın AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini bildirib.

Görüşdə, həmçinin Azərbaycan-İsrail münasibətləri, eləcə də beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Siyasət 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Siyasət 22:08
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Hakan Fidan Azərbaycana gəlib
Siyasət 21:08
Hakan Fidan Azərbaycana gəlib
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:35
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Siyasət 19:24
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:20
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Siyasət 19:18
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Siyasət 19:07
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Siyasət 19:05
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol