• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib

İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
14.10.2026 19:24

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Vanq Yini qəbul edib.

Görüşdə İlham Əliyev Çinə dövlət səfərini, sədr Si Cinpinlə görüşlərini və səfər çərçivəsində iki ölkənin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladıb. O, bu sənədin ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltdiyini bildirib.

Vanq Yi Çinin Sədri Si Cinpinin salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Si Cinpinə çatdırmağı xahiş edib.

Çinli nazir iki ölkənin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın əhəmiyyətini vurğulayaraq, Çinin Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olduğunu qeyd edib.

Vanq Yi Bakıda müşahidə etdiyi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafını vurğulayıb. O, Çinin Azərbaycanın yaxın dostu kimi bu uğurlara sevindiyini deyib.

Nazir Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, ölkənin beynəlxalq və regional məsələlərdə artan rolunu qeyd edib. O, həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Çinin dinamik inkişafını yüksək qiymətləndirib. O, Azərbaycanın Çinin Qlobal Cənubun maraqlarının təmsil olunmasına və davamlı inkişafa verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib.

Dövlət başçısı Azərbaycanın "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğulayıb, "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyətini qeyd edib və Azərbaycanın bu layihəyə dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

Orta Dəhlizin dinamik inkişaf etdiyini bildirən İlham Əliyev bu istiqamətdə Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik olduğunu vurğulayıb.

Prezident iqtisadi-ticari əlaqələrin siyasi münasibətlərə uyğun olaraq fəal inkişaf etdiyini bildirib və Çin şirkətlərinin Azərbaycandakı müxtəlif investisiya layihələrində iştirakını qeyd edib.

Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq, eləcə də separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə iki ölkənin qarşılıqlı fəaliyyəti müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Siyasət 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Siyasət 22:08
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Hakan Fidan Azərbaycana gəlib
Siyasət 21:08
Hakan Fidan Azərbaycana gəlib
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:35
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Siyasət 19:24
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:20
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Siyasət 19:18
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Siyasət 19:07
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Siyasət 19:05
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol