• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Hafiz Məmmədov: “Lazım gəlsə, İbrahimoviçi də alarıq”

Hafiz Məmmədov: “Lazım gəlsə, İbrahimoviçi də alarıq”
22.11.2013 10:49

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa “Lans”ının hədəfləri barədə danışıb.

Lent.az-ın məlumatına görə, azərbaycanlı iş adamı “Canal+”ə müsahibəsində “Lans”ı I Liqa adlanan yüksək liqaya qaytarmaq niyyətində olduğunu bildirib.

 

“Bakı”nın prezidenti “Lans”a hələlik 20 milyon avro investisiya qoyub. Lakin o, öz məqsədinə çatmaq üçün “pul kisəsinin ağzını daha geniş açmağa” hazırdır: “Biz Fransanın elit liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, “Lans”a sərmayə qoymalıyıq. Necə lazımdırsa, klubu maliyyələşdiririk”.

 

Hazırda Fransada PSJ və “Monako” klubları da əcnəbi iş adamları tərəfindən maliyyələşdirilir. Dünyanın ən güclü futbolçularından Zlatan İbrahimoviç PSJ, Radamel Falkao isə “Monako”da çıxış edir. Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: “Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.

 

Qeyd edək ki, “Lans” Fransa çempionatının II Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb və lider “Mets”dən cəmi 4 xal geri qalır.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol