Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs olunub
Şəmkirdə hərbi qulluqçu Orxan Şabanovun ölümü ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu həbs edilib. Bu barədə oxu.az məlumat yayıb.
Hadisə ilə əlaqədar şübhəli bilinən hərbçilər saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.
Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, 1 il 3 ay hərbi xidmət keçib. Əsgər oktyabrın 14-də Lənkəran şəhərində dəfn edilib.
Son xəbərlər
Daha çox