• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq
19.10.2026 10:58

Birbank Yığım hesabı olan müştəriləri üçün “Yığ və qazan” lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyən ediləcək. Qaliblər 20 000, 10 000 AZN, 5000 AZN məbləğlərində  pul mükafatları qazanacaq. Lotereyanın baş mükafatı isə  50 000 AZN təyin edilib. 

Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.

“Yığ və qazan” lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. 

Lotereyanın ilk tirajı 25 noyabr 2026-cı il, ikinci tirajı 24 dekabr 2026-cı il, final tirajı isə 21 yanvar 2027-ci il tarixində keçiriləcək. 50 000 AZN məbləğində baş mükafat final tirajda sahibini tapacaq.

Ətraflı məlumat üçün: //www.b-b.az/bylp 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:55
Xəzərdə zəlzələ olub
Məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
Cəmiyyət 11:49
Məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirildi
Cəmiyyət 11:20
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirildi
Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq
Cəmiyyət 10:58
Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq
Ərinin soyadından imtina edən qadınların sayı artıb - statistika
Cəmiyyət 10:47
Ərinin soyadından imtina edən qadınların sayı artıb - statistika
Azərbaycanda iki gündə 66 cinayət açılıb - DİN
Cəmiyyət 10:19
Azərbaycanda iki gündə 66 cinayət açılıb - DİN
Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub
Cəmiyyət 09:48
Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs olunub
Cəmiyyət 09:37
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs olunub
Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib
Cəmiyyət 09:17
Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol