• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb

Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
08.11.2026 19:31

Rusiyanın Çuvaşiya Respublikasının Novoçeboksarsk şəhərində avtomobilin Sivil çayına düşməsi nəticəsində beş nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə baxış zamanı daha iki nəfərin meyiti aşkarlanıb və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılıb. Həlak olan beş nəfərin hamısının şəxsiyyəti müəyyənləşdirilib.

İstintaqın məlumatına görə, noyabrın 6-sı axşam saatlarında içərisində üç kişi və iki qadının olduğu avtomobil Sivil çayına düşüb.

Çuvaşiya prokurorluğunun məlumatına görə, bir qrup yerli sakin avtomobillə hərəkət etdikdən sonra onlarla əlaqə kəsilib. Yaxınları onların itkin düşməsi barədə polisə müraciət ediblər.

Hadisə yerində çay sahilindəki uçuruma doğru gedən avtomobil izləri aşkarlanıb.

Faktla bağlı ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Hazırda müstəntiqlər hadisə yerində araşdırmanı davam etdirir, şahidlər dindirilir və məhkəmə-tibbi ekspertizalar aparılır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol