Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub

Bu gün saat 09:30 radələrində Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.
Qəza Böyükşor gölünün üzərindən keçən yolun paytaxtın mərkəzinə doğru giriş hissəsində baş verib. Toqquşma nəticəsində “Tofaş” yararsız hala düşüb, “Opel”ə isə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























