Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Şəmkir rayonunun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində, Qədimqala kəndi istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un məlumatına görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb.
Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























