• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

Kölndə "Azərbaycan gecəsi"

Kölndə "Azərbaycan gecəsi"
21.11.2013 22:04
Kölndə Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan gecəsi” keçirilib.Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, 3 saatdan artıq davam edən tədbir Kölnün tarixi Gürsenix mədəniyyət zalında baş tutub. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan gecədə çıxış edən səfir Pərviz Şahbazov “Azərbaycan gecəsi”nə gələnlərə təşəkkürünü çatdırıb. Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu deyən səfir bu ölkənin zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb. O, Azərbaycanın bu mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Şərqlə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı bu gün klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidir” deyən səfir Pərviz Şahbazov Azərbaycanın musiqi vətəni olan Dağlıq Qarabağın 20 ildən artıq müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bu işğal nəticəsində 1 milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirib. Tədbirin aparıcısı, Almaniyanın tanınmış  teleaparısıcı Co Fexner konsert proqramından öncə ölkə barəsində məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Fexner, Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya Müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib. Bu gün müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi qeyd olunub, həmçinin 2012-ci ildə Bakının ilk dəfə olaraq “Eurovision” Mahnı Müsabiqəsinə uğurla ev sahibliyi etdiyi və bu müsabiqənin Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bildirilib. “Azərbaycan gecəsi” daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət Əmirovun “Şənlik rəqsi”, Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun “Elegiya”sı, xalq mahnısı “Sarı gəlin” və s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin təəssürat yaradıb. Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların  “Almanlar Azərbaycanda” foto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunub. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təqdim edilir. “Azərbaycan gecəsi”ndə qonaqlara, Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib. Qeyd edək ki, Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Mədəniyyət 22:26
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Anadolunu Turistik Şərq Ekspresi ilə kəşf edin: Unudulmaz qış səyahəti üçün əla fürsət - FOTOLAR
Cəmiyyət 11:14
Anadolunu Turistik Şərq Ekspresi ilə kəşf edin: Unudulmaz qış səyahəti üçün əla fürsət - FOTOLAR
"Yeşilçam"ın aktyoru vəfat edib
Mədəniyyət 17:04
"Yeşilçam"ın aktyoru vəfat edib
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Mədəniyyət 18:45
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
Mədəniyyət 23:20
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Mədəniyyət 17:41
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Mədəniyyət 22:19
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol