“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,02 dollar və ya 0,02% artaraq 119,7 dollara çatıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 119,79 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 0,1 dollar və ya 0,09% azalaraq 109,11 dollara düşüb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.
Son xəbərlər
Daha çox