Azərbaycanda 18-19 yaşlı qadınlar arasında abortların sayı 19% artıb
Azərbaycanda 18-19 yaşlı qadınlar arasında qeydə alınan abortların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 18,7% artaraq 3 180-ə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ildə bu yaş qrupunda 2 679 abort qeydə alınıb.
Ölkədə abortların ümumi sayı 2025-ci ildə 95 344 olub, 2024-cü ildə isə 78 245 təşkil edib. Ümumi göstərici bir ildə 21,9% artıb.
15-29 yaşlı qadınlar arasında abortların sayı 2024-cü ildəki 39 273-dən 2025-ci ildə 44 914-ə yüksəlib.
20 yaşadək qadınlarda göstərici 2 751-dən 3 246-ya, 20-24 yaş qrupunda 13 054-dən 15 277-yə, 25–29 yaş qrupunda isə 23 468-dən 26 391-ə çatıb.
15–17 yaş qrupunda abortların sayı 72-dən 66-ya düşüb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox