• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycanda buzlaqların sahəsi 45 faiz azalıb

Azərbaycanda buzlaqların sahəsi 45 faiz azalıb
19.11.2013 14:19

Azərbaycanda 1890-2000-ci illər ərzində buzlaqların sahəsi təxminən 45 faiz azalıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, orta hesabla hər il 0.02 kvadrat metr buzlaq əriyir. “Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq hissəsində - Qusarçayın hövzəsində yerləşir. Bu buzlaqların ümumi sayı 8 ədəddir. 1890-cı ildə həmin ərazilərin buzlaq kataloqu hazırlanıb. Həmin ərazidə buzlaqların ümumi sahəsi 4.9 kvadrat kilometr olub. Bundan əlavə, 1960-cı ildə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun ekspedisiyası tərəfindən aparılan tədqiqatlarda 8 buzlağın olduğu təsdiqlənib. 1965-ci ildə isə artıq buzlaqların sahəsi 3.2 kvadrat kilometr olub. 1890-cı ildən 2000-ci ilə qədər Azərbaycanda buzlaqların sahəsi təxminən 45 faiz azalıb”.

A. Verdiyev bildirib ki, buzlaqların əriməsinə səbəb iqlim dəyişikliyi və temperaturun yüksəlməsidir. Şirin su ehtiyatlarının əriməsi əsasən ilin iyul-avqust aylarında qeydə alınır: “Həmin dövrdə yağıntının olmaması, temperaturun yüksək olması buzlaqların tədricən əriməsinə gətirib çıxarır. Məhz buna görə iyul-avqust aylarında həmin buzlaqlardan qidalanan çaylarda sululuq kəskin artır”.

A. Verdiyev deyir ki, 2004-cü ildən etibarən ekspedisiya qrupu tərəfindən hər il yay aylarında buzlaqlarda tədqiqat işləri aparılır. “Buzlaqların sahələri öyrənilir, həmin buzlaqlardan qidalanan çaylarda müşahidələr aparılır. Buzlaqlarda kəskin ərimə baş vermir. Ərimə tədricən gedir”. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol