• $
  • £

Robert Prosineçki köməkçilərini də təyin etdi

Robert Prosineçki köməkçilərini də təyin etdi
29.05.2020 09:55
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki köməkçilərini müəyyənləşdirib.

ANN.Az “Sportnet.az”a istinadən xəbər verir ki,  bu barədə xorvatiyalı mütəxəssis "Jutarnji List"ə açıqlama verib. Prosineçki yığmada ona Qordan Kipriç və Draqan Spasiç yardımçı olacağını bildirib. Həmin məşqçilər əvvəlki iş yerlərində də xorvatiyalı baş məşqçinin rəhbərliyi altında çalışıblar. Mütəxəssis müqavilə müddəti barədə də danışıb. O deyib ki, anlaşması 3,5 illik nəzərdə tutulub. Amma hər şey AVRO-2016-nın seçmə tsiklinin qalan oyunlarında göstərilən nəticədən asılı olacaq. Prosineçkinin fəaliyyəti AFFA-nı qane etsə, onun 2018-ci il dünya çempionatınadək yığmanın sükanı arxasında qalmasına qərar veriləcək.Baş məşqçi postuna namizəd 4-5 illik təcrübəsinin və Xorvatiya millisində Slaven Biliçin köməkçisi kimi işinin ona kömək edəcəyini vurğulayıb. Prosineçki Azərbaycan yığmasının 2015-ci il martın 28-də Malta ilə keçirəcəyi növbəti seçmə oyunadək hazırlıq üçün xeyli vaxtının olduğunu da əlavə edib. O, tezliklə həyat yoldaşı və iki qızını da Bakıya gətirəcəyini açıqlayıb: "Onları Xorvatiyada saxlamağın mənası yoxdur". Qeyd edək ki, Azərbaycan milli komandasının yeni baş məşqçisinin təsdiqlənməsi ilə bağlı müzakirələr AFFA İcraiyyə Komitəsinin dekabrın 3-də keçiriləcək iclasının gündəliyinə salınıb. Hələlik yığmaya kimin rəhbərlik edəcəyi rəsmən açıqlanmayıb.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol